FACEBOOK-DA REKLAM
Beynəlxalq araşdırmalar göstərir ki, insanlar fiziki mağazaları ziyarət etməzdən və ya xidmətdən istifadən öncə mütləq şəkildə həmin marka haqqında onlayn olaraq məlumat əldə edirlər.
Bu tendesiyadan geri qalmamaq üçün markanızın peşəkar şəkildə idarə olunan Facebook səhifəsi olması mütləqdir.
“We are social”ın 2020-ci il dekabr ayı statistikasına görə, Azərbaycanda 1.6 milyon Facebook istifadəçisi mövcuddur. Buna görə də şirkətlərin Facebook reklamlarından istifadəsi qaçınılmazdır. Əks halda onlar ciddi sayda auditoriyanı əldən verə bilərlər. Üstəlik, Facebook reklamları zamanı region, yaş, cins, maraq və digər kriteriyalara görə 1.6 milyon istifadəçindən məhz öz məhsul, yaxud xidməti üçün auditoriyanı maksimum dəqiq formada fərqləndirə bilər. Auditoriya seçmə funksiyası sayəsində sizin reklam postunuzu birbaşa sizin məhsulu almaqda maraqlı olan insanın qarşısına çıxarmaq mümkündür.
FACEBOOK-DA REKLAM XİDMƏTİ
Facebookda sponsorlu reklam növlərinin çeşid müxtəlifliyi ilə siz müştərilərinizə bir yox, bir neçə yoldan çata bilərsiniz. Eyni zamanda alətlərin sayının çox olması vasitəsi ilə siz birdən çox məhsul və xidmətinizi sponsorlu reklam vasitəsi ilə auditoriyanıza göstərə bilərsiniz.
Asan səslənsə də, burada peşəkarların işə cəlb olunması mütləqdir, əks halda büdcənizin yarısından çoxu boşuna xərclənə bilər. Bundan əvvəl Facebook platformasının dünyada və Azərbaycanda məşhur olması bu platformanın sizin marka üçün də uyğun olduğu demək deyil. Markanızın mövcud olacağı platformanı düzgün seçilməsi marketinq aktivliklərini başlamaq üçün ilkin şərtdir.
Bəzi şirkətlər Facebookda reklam vermək üçün öz əməkdaşlarına tapşırıq verirlər. Lakin bu büdcədən qənaət etmək deyil. Əkinə səhv auitoriya seçimi nəticəsində Facebokda sponsorlu reklam verərkən ciddi məbləğdə pul itirə bilərsiniz. Çünki Facebook reklamlarına nə qədər sərmayə qoysanız da, dzügün müəyyənləşdirilməmiş hədəf kütləsi xəyallarınızı puç edəcək. Buna görə də bu sahədə peşəkar olanlarla, dijital agentliklərlə əməkdaş etmək zəruridir.