İnstagram yoxsa Facebook? Brendinizin strategiyası üçün hansı daha yaxşıdır?
İnstagram yoxsa Facebook?
Sosial media marketinqi sahəsində Facebook illərdir öz yerini qoruyub saxlayıb. Son 15 ildə Facebook sosial şəbəkələrə baxış tərzimizi yenidən müəyyənləşdirdi və eyni zamanda social medianın müəssisələr üçün imkanlarını genişləndirdi. 2010-cu ildə qurulan Instagram olduqca sürətlə izləyici kütləsinin artması səbəbilə 2018-ci ildə qlobal olaraq ən sürətlə böyüyən social media şəbəkələrindən biri oldu və 1 milyardlıq aktiv izləyiciyə səbəb oldu.
Marketoloqların strategiyalarına inteqrasiya etmələri üçün bir çox yeni seçim olmasına baxmayaraq, Facebook üçün istifadə etdiyiniz eyni üsulları həmişə Instagram-a tətbiq edə bilməzsiniz və əksinə. Facebook-un, istifadəçi bazası və populyarlıq baxımından daha üstün olsa da, Instagram-ın böyüməsi son dərəcə güclüdür və davam edir. Facebookda statistik rəqəmlər daha böyük olsa da, Instagramın təsiredici qüvvəsi daha güclüdür. Sosial media strategiyası yaratmaq çətin ola bilər, lakin demoqrafik məlumatların nəzərə alınması sosial media planlaşdırmasını əhəmiyyətli dərəcədə asanlaşdırır. Görünən ilk fərqlərdən biri Instagramın daha kiçik istifadəçi bazasıdır. Verilən məlumatlara görə, daha böyük aktiv istifadəçilər qrupu yaş baxımından gəncdir, müqayisədə yaşlı nəsil o qədər də aktiv deyil. Instagram istifadəçilərinin əksəriyyəti 30 yaşın altındadır və bir çoxu yeniyetmələrdədir.
Yenə də yaşlı auditoriyanı nəzərdən qaçırmayaq. Yaşlı istehlakçılar üçün populyar bir sosial şəbəkə olmağın üstünlüyü, istifadəçilərin daha yüksək gəlirlərə sahib olmasıdır. Şirkətinizin hansı məhsul və ya xidmət təklif etdiyinə görə bu, son dərəcə üstünlüklü ola bilər. Məsələn, bir investisiya şirkəti Facebook-da İnstaqramda olduğundan daha çox müvəffəq ola bilər.
Şəkillər da Facebook-dan daha yaxşı performans göstərir, çünki İnstagram əsasən bunun üçün istifadə olunur. Digər tərəfdən mətn, əksər hallarda Facebook-da daha yaxşı reaksiya alır. İzləyicilərinizin hər bir sosial şəbəkədən necə istifadə etdiyini düşünməlisiniz. Bu sizi növbəti məqama gətirir.
Funksionallıq. Hər bir sosial şəbəkənin necə istifadə edildiyinə nəzər yetirmədən bu müqayisə yarımçıq olardı. İnstagramın qətiliklə şəkil / video əsaslı olduğunu təsbit etdik, lakin fərqlər bundan daha çoxdur. Facebook böyük ölçüdə məlumat xarakterlidir. İş saatları, bir ünvan və ya yaxınlaşan tədbirlər haqqında Facebook vasitəsilə məlumat əldə edə bilərsiniz.
Hansı şəbəkə markanız üçün ən yaxşısıdır?
Daha əvvəl müzakirə etdiyimiz kimi, Facebook və ya Instagram-da yayımladığınız məzmunun növü də vacibdir. Şirkətlərin etdikləri böyük bir səhv İnstaqramla Facebook kimi davranmaqdır. Facebook-da işləyən məzmun həmişə Instagram-da yaxşı nəticə vermir. Ən yaxşı performansı görmək üçün məzmununuzu həm Facebook, həm də Instagram-da sınamağınızı məsləhət görürük.
Hazırlanmış Məzmun
Facebook, məzmunu hazırlamaq üçün əla bir platformadır. Yəqin ki, Facebook-da paylaşılan bir məzmunun orijinal olmadığını fərq etdiniz. Ümumiyyətlə, yalnız digər hesablardan paylaşılan blog yazıları, xəbərlər və ya məzmunlardır.
İnstaqram isə orijinal foto və videolardan ibarətdir. Tətbiqin içərisində gəziş edərkən yenidən paylaşılmış bir mem ilə qarşılaşa bilərsiniz.
Şirkət xəbərləri
Şirkət xəbərlərini dərc etmək üçün ilk dayanacağınız Facebook olmalıdır. Facebook daha çox mətn əsaslı olduğundan insanların bütün yeniləmələri oxumaq şansı daha çox olacaqdır.
Şirkət tədbirləri
Şirkətiniz bir xeyriyyə tədbirinə ev sahibliyi etdi və ya məşhur bir konfransda iştirak etdi? Instagram üçün məzmun əldə etmək üçün əla fürsət budur. İzləyicilərinizə işlərin necə getdiyini hiss etmək üçün şəkilləri real vaxtda göndərə bilərsiniz.
Tədbirdən qayıtdıqdan sonra ən yaxşı şəkillərlə bir Facebook foto albomu da yarada bilərsiniz.
Şəkil Yarışmaları
Şəkil yarışmaları əsasən trafiklə əlaqədardır və bilirik ki, Instagram sosial mediada trafik kralıdır. Instagram hesabınıza trafik göndərməyə kömək etmək üçün Facebook-da müsabiqəni reklama qoymaq olar. Hətta bəzi Facebook Reklamlarını yayınlamağı düşünə bilərsiniz. Şirkətiniz və markanızla əlaqəli hər hansı bir orijinal fotoşəkil Instagram-da olmalıdır. Bir çox mətni olan məzmun dərc edirsinizsə, Facebook daha yaxşı bir seçim ola bilər.
Ödənişli sosial kampaniyaların yaradılması, izlənməsi və hesabatlandırılmasına gəldikdə, Facebook və Instagram for Business-dən istifadə edə pullu reklamlar ilə müvəffəqiyyət qazana bilərsiniz.