Təsəvvür edin ki, müxtəlif kanallar vasitəsilə potensial müştərinin şüüraltısında özünüzə yer etmisiniz. Müştəri artıq məhsulunuzu əldə etməyə, yaxud xidmətinizdən yararlamağa hazırdır. Növbəti ilk addımın nə olduğunu bilirsiniz?! Əlbəttə ki, Google vasitəsilə ünvanı axtarışa vermək. Əgər müştəri xəritədə göstərilən yerə gedib, amma göstərilən yerdə başqa şirkət və ya mağaza ilə qarşılaşsa necə olar ? Bu sizin müştərini itirməyiniz deməkdir. Bu zaman bizim işimiz ondan ibarətdir ki, Google Xəritə üzərində ünvanınız doğru şəkildə yerləşdirilsin və müxtəlif dəyişikliklər zamanı yenilənsin.
Buraya həmçinin, şirkət hesabınızın kataloq formasında da irəlilədilməsi daxildir. Məsələn, əgər müştəri sorğunu sizin göstərdiyiniz məhsul və xidmət kateqoriyası üzrə etsə, lakin şirkət adını daxil etməsə, axtarış nəticəsində onun qarşısına müxtəlif şirkətlər çıxacaq. Bu isə, məhz sizi axtaran müştərini əldən vermək deməkdir.
Google Biznes Profil hansı xidmətləri təklif edir ?
- Google Biznes ilə müştərilərinizə təqdim etdiyiniz xidmət haqqında məlumat verə bilərsiniz
- Google Biznes ilə xidmət etdiyiniz bölgəni və iş saatlarının təfərrüatlarını paylaşa bilərsiniz.
- Yenilikləri və ya kampanyaları yerləşdirə bilərsiniz.
- Google Biznesdə məhsullarınızı nümayiş etdirə bilərsiniz.
- Ünvan və əlaqə nömrələrinizi yerləşdir bilərsiniz.
Google Biznes xidmətlərimiz :
- Google Biznes Profil hesabının yaradılması
- İş yerinizin ünvanının xəritədə qeydiyyata salınması
- Sosial şəbəkələrdə ünvanın qeydiyyata salınması
- Açar sözlərdə biznes hesabınızın önə çəkilməsi
- Google Biznes hesabınızın reklam edilməsi
- Google Biznes hesabınızın idarə edilməsi və postların paylaşımı
- Yeni kampanya və ya xidmətlərin paylaşılması
Google Biznes Profil ilə SEO
Google Biznes Profil ilə seçilmək üçün edilməli olan ən vacib məqamlardan biri SEO kimi görünür. Sizinlə eyni bölgədə oxşar xidmətlər təklif edən bizneslərdən fərqlənmək və müştərilər qazanmaq üçün Google Biznes profilinizi optimallaşdırmalısınız.
SEO xidmətlərimizlə bağlı ətraflı məlumatı buradan ala bilərsiniz . SEO ➦