Kontent marketinq nədir?
Kontent İngilis dilindən "content" sözü olan "məzmun" mənasını ifadə edir. Günümüzdə, hər şey internetlə bağlıdır və insanlar daha çox online şəkildə əlaqə yaradır, alış-veriş edir, müştərilər qazanır, şirkətlər reklamlar verir və s. Məzmun nə qədər dolğun və ən əsası, maraqlı olub insanların diqqətini cəlb edərsə, bir o qədər müvəffəqiyyətli olur.
"İnsanlar reklamları oxumur. İnsanlar sadəcə onlar üçün maraqlı olanı oxuyur və bəzən də, onların içərisində reklamlar olur".
Kontent marketinq hədəfdə tutulmuş auditoriya üçün online şəkildə məzmunun yaradılmasına, nəşr edilməsinə və yayılmasına yönəlmiş marketinq növüdür. Kontent marketinqdən çox hallarda müsəssiələr, şirkətlər aşağıdakı hallarda istifadə edir:
- Diqqət çəkmək və müştəri cəlb etmək
- Müştəri bazasının genişləndirilməsi
- Online satışları yaratmaq və artırmaq
- Marka şüurunu və etibarlılığı yaratmaq
- Online istifadəçilərin birliyinə qatılmaq
Kontent marketinq potensiallı müştəriləri özünə çəkir və dəyərli, eyni zamanda ödənişsiz kontent hazırlayıb paylaşaraq onları daimi müştəriyə çevirir. Marketinqin bu növü şirkətlərə davamlı marka sadiqliyini yaratmağa kömək edir, istehlakçılara qiymətli informasiyalar verir və gələcəkdə şirkətdən məhsul almağa şərait yaradır . Kontent marketinq birbaşa olaraq satış həyata keçirmir. Bunun əvəzinə isə, güvən və tamaşaçı ilə əlaqə, bağlılıq qurur.
Kontent marketinqin məqsədi nədir?
Kontentin bazasını insan təşkil edir. Bu mənada, məzmun kontentinin əsas məqsədi insana təsir etməkdir. İnsan məzmundan xəbərdar olana qədər adi bir istehlakçı olsa da, məzmuna məruz qaldıqdan sonra potensial istehlakçı məzmundan təsirləndikdə və məhsul və ya xidmət seçdikdə isə artıq müştəri olur. Bu gün istehlakçılara təsir etmək bütün brendlərin qarşısında ən vacib suallardan biridir. İstehlakçı kütləsi ilə emosional əlaqə qura bilən, onlara təsir edən və satın alındıqdan sonra da sadiqliyini qorumağı bacaran markalar müvəffəq ola bilərlər.Məzmun marketinqi, burada istehlakçılar üçün müsbət dəyər yarada bildikdə , onların diqqətini cəlb edərək məhsula və ya xidmətə yönəldərsə, bu artıq məqsədə çatıldığını göstərir. Xatırlamaq lazım olan ən vacib məlumat : məzmun marketinqi birbaşa marketinq forması deyil. İlk addımda istehlakçını satın almağa yönəltmir, əsas vəzifəsi yaratdığı məzmunu ilə istehlakçının (istifadəçinin) diqqətini cəlb etmək, onu əyləndirmək, onun üçün dəyər yaratmaq və ehtiyaclarını aşkar etməkdir. Bu səbəblə müəyyən bir xətt ilə birbaşa satış, marketinq və reklam fəaliyyətlərindən fərqlənir.