Satış Nədir, Marketinq Nədir?
Bir çox insan marketinq və satışın nə olduğunu bilir. Ancaq bəzi yazılardan, təlimlərdən və dostlarla söhbətlərdən başa düşdüyüm qədəri ilə Marketinqlə Satışın qarışdırıldığını, fərqlərinin olmadıqlarının düşünənlərin olduğunu hiss edirəm. Buna əsasən marketinq və satışın bir-birindən fərqləndiyi məqamları və mənalarını qısaca yazmaq istədim.
Təbii ki, firmalarda bu ayrımların olmadığını və bu işləri ümumiyyətlə bir departmanın daxilində olduğunu çox görürük. Ayrıca bazara görə də marketinqlə satış arasında bəzi fərqlər olabilər.
Əvvəlcə satış və marketinqin bir birindən fərqli olduğunu bildirərək başlayım. Marketinq bir malın vəya xidmətin satıldığı bazarın ölçülərini görmək və o bazara görə strategiyalar fikirləşməkdir. (qiymət, satış kampaniyaları, reklam və s.)
Marketinqin məqsədi şirkətə yeni müştəri cəlb etmək və mevcut müştəriləri qorumaqdır. Marketinq prosesində satış yoxdur.
Satış isə, satış görüşməsinin nəticəsində bir müqavilənin imzalanması, razılaşmanın əldə olması, sifarişin alınması vəya fakturanın bitirilməsi kimi işi bitirən bir prosesdir. Cümlənin sonuna qoyulan nöqtədir satış.
Marketinqdə müştəri diqqət mərkəzindədir. Satış isə daha çox satıcıya odaqlanır. Marketinqdə ana hədəf, şirkətin bütün strategiyaları müştərilərinin tələbləri doğrultusunda idarə etməkdir.
Satışı detaylı açıqlayacaq olsaq, malı, xidməti, fikri;
- ən uyğun vaxtda
- ən uyğun şəxsə
- ən uyğun yerdə
- ən uyğun üsulla
uyğun bir qiymət qarşılığında əl deyişdirməsidir.
Başqa bir tərifə görə; Satış, bir istehlakçı vəya müştərinin bir malı ya da xidməti satın almasına kömək etmə vəya yönləndirmə səyləridir.
Marketinq isə, şəxslərin və şirkətlərin məqsədlərinə uyğun bir şəkildə inkişafını təmin etmək üçün malların, xidmətlərin və fikirlərin yaradılması, qiymətləndirilməsi, dağıtımını və satış səylərinin planlayaraq yerinə yetirmə müddətidir.
Marketinq, istehsaldan əvvəl başlayar və satışdan sonra da davam edər.